İrandan Azərbaycana 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb, saxlanılanlar var - FOTO

İrandan Azərbaycana 73 kq narkotikin gətirilməsinin qarşısı alınıb, saxlanılanlar var - FOTO
  • Hadisə

  • Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

    DSX-nin Mətbuat Mərkəzindən LEQAL.AZ-a bildirilib ki, fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub.

    Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerin­dən qaç­ıb­lar.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qa­pa­dıl­ıb, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı hə­yata keçirilib.

    Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olu­na­raq götürülüb.

    Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanıb, digər 3 nəfər ərazinin mü­rəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaş­ıblar.

    Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilmiş, Yardımlı rayo­nu­nun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əmə­liy­yat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar.

    Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qa­ya­lıq­dan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər