Ukraynanın Zaporojye əyalətində Yoluxucu Xəstəliklər Xəstəxanasının korpuslarından biri yanıb.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı bir neçə nəfər ölüb.
Ukrayna Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin xilasediciləri Zaporojye vilayətində yoluxucu xəstəxananın çoxmərtəbəli korpusunda yanğının olması faktını təsdiqləyiblər. Xilasedicilər bildiriblər ki, hadisə zamanı üç nəfər həlak olub.
Yanğınla əlaqədar tibb məntəqəsinin pasiyentləri təxliyə edilib. Hadisənin təfərrüatı açıqlanmır.report