Yeni aldıqları evə baxırdılar, uşaqları yıxılıb öldü

Yeni aldıqları evə baxırdılar, uşaqları yıxılıb öldü
  • Hadisə / Maraqlı

  • Xəbər verdiyimiz kimi, Salyanda iki yaşlı uşaq binadan yıxılaraq ölüb.

    Leqal.az xəbər verir ki, APA TV hadisənin bəzi detallarını araşdırıb.

    Belə ki, hadisə Ağaxan Ağabəyli küçəsi 54 ünvanında yerləşən beşmərtəbli binada baş verib.

    Bədbəxt hadisə uşağın valideynləri binanın dördüncü mərtəbəsində yeni aldıqları evə baxarkən olub.

    2022-ci il təvəllüdlü Məlikov Rafiq Elnur oğlu valideynlərinin nəzarətindən yayınaraq qoruyucusu olmayan pəncərə önünə keçib. Elə həmin pəncərədən də binanın həyətinə yıxılan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Vəziyyəti ağır olan uşaq Bakıya hospitalizasiya olunsa da, yolda keçinib.

    Daha ətraflı videoda:

    PAYLAŞ:

    Oxşar xəbərlər