Bakıda bir ailənin üç üzvü qətlə yetirilib, şübhəli şəxs saxlanılıb

Bakıda bir ailənin üç üzvü qətlə yetirilib, şübhəli şəxs saxlanılıb
  • Hadisə / Maraqlı

  • Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

    Bu barədə Leqal.az-a Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    16:59
    Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

    Bu barədə Leqal.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər