Ağdaş sakini öldürüldü, saxlanılan var

Ağdaş sakini öldürüldü, saxlanılan var
  • Hadisə / Maraqlı

  • Bu gün saat 01 radələrində Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

    Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

    Bildirilib ki, 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətləyetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


    Əlavə məlimat veriləcək.

    ***

    Cinayət əməlini törətməkdə şübhəli bilinən A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər