İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qətl törədilib.
Leqal.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Qeyd edək ki, iyunun 18-də də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda gənc qız qətlə yetirilib.