Bu gün Kür çayında batan üç nəfərdən ikisinin meyiti tapılıb.
Bu barədə Leqal.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
20:53
Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.
Leqal.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.