Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.