Toyu olacaq qız xəstəxanada vəfat etdi

Toyu olacaq qız xəstəxanada vəfat etdi
  • Hadisə

  • İyunun 11-də Şəki rayonunda baş vermiş qəzada xəsarət alan Günel Bəhram qızı Göyüşova dünyasını dəyişib.

    Leqal.Az Apa-ya istinadən xəbər verir ki, G.Göyüşova 15 iyun saat 23.00 tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, iyunun 11-də saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini, 1990-cı il təvəllüdlü İbrahim Rəhim oğlu Ağalarovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    Qəza zamanı sürücü İ. Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Günel Bəhram qızı Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər