Nicat Lənkəranskini kimlər öldürmək istəyib? - Saxlanılan üç nəfərin adı

Nicat Lənkəranskini kimlər öldürmək istəyib? - Saxlanılan üç nəfərin adı
  • Hadisə / Maraqlı

  • Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlanılan şəxslərin hamısının kimliyi bəlli olub.

    Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəli şəxs qismində tutulan şəxslər Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev adlı şəxslərdir. Onların hamısının əslən naxçıvanlı olduğu bildirilir. Hadisə zamanı küçədə iki nəfəri silahla yaralayan şəxs Şahmar İsmayılov olub.

    İddialara görə, kriminal hesablaşma çərçivəsində o, Nicat Lənkəranski (Nicat Əkbərov) və Seymur Həsənovu vurmaq istəyib. Lakin atəş açan zaman hədəfdən yayınıb. Nəticədə iki başqa vətəndaş kriminal klanlar arasındakı hesablaşmanın qurbanı olub. Güllə yarası alan həmin iki nəfər xəstəxanaya yerləşdirilib.

    Fotoda: İnsident anı


    Qeyd edək ki, Nicat Lənkəranski və Seymur Həsənov əslən Lənkəranlıdır. Nicat mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub. Mediada yayılan məlumatlara görə, o, ötən il Türkiyədə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun qardaşını kriminal hesablaşma müstəvəsində öldürtdürüb. Buna görə də Naxçıvan klanı qisas almaq məqsədilə Nicat və Seymuru öldürtmək qərarına gəlib. Şahmar İsmayılovu killer kimi tutub.
    Saxlanılanlardan Elvin Qasımov isə Emin Naxçıvanskinin qardaşıdır.

    Xatırladaq ki, insident zamanı təsadüfən ərazidən keçən 2002-ci il təvəllüdlü tələbə Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllələnib. Hazırda onların müalicəsi davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər