Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında ("Vosmoy") olan zaman 1991-ci il təvəllüdlü A.Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.
Araşdırmalarla hadisəni törədən şəxsin əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.
Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Araşdırma davam etdirilir.