Yevlaxda sabiq polis əməkdaşı qətlə yetirilib.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirlib ki, hadisə bu gecə saatlarında rayonun Çənlibel qəsəbəsində baş verib. Belə ki, 38 yaşlı qəsəbə sakini Ramil Məmmədov münaqişə zəminində həmyerlisi Anar Sadıqovu bıçaqla qətlə yetirib.
R.Məmmədov Yevlax RPŞ əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən A.Sadıqov əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət edib.
www.leqal.az