Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Tovuzda avtomobillər toqquşub, xəsarət alanlar var
  • Hadisə

  • Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Hadisə rayonun Əyyublu kəndində baş verib. 

    Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq başqa maşına çırpılıb. Nəticədə 2003-cü il təvəllüdlü Eltaç Həsənov və daha bir nəfər xəsarət alıb.

    Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin orta-ağır olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır. 
    PAYLAŞ:

    Oxşar xəbərlər