Beyləqanda 28 yaşlı oğlan daşla öldürülüb

Beyləqanda 28 yaşlı oğlan daşla öldürülüb
  • Hadisə

  • Beyləqan rayonunda 28 yaşlı Rahib Abbaslı daşla öldürülüb.

    Bu barədə LEQAL.AZ-a rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, oktyabrın 16-sı saat 23 radələrində rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər