Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.