Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə və qayınanasına xəsarət yetirməkdə təqsirləndirilən Tofiq Həsənovun məhkəməsi başlayır.
LEQAL.AZ xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında Sumqayıt şəhər, Qurd dərəsi, Məhəmmədəli küçəsi ev 4891 B ünvanında qeydə alınıb.
Belə ki, paytaxt sakini, əvvəllər məhkum olunan T.Həsənov ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı İlahə İsgəndərovanı qətlə yetirib, qayınanası İsvet Nağıyevaya isə xəsarət yetirib.
T.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./report