Tovuzda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.
LEQAL.AZ Oxu.Az-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.
Məlumatlara görə, o, idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.
09:16
Tovuzda piyadanın ölümü ilə nəticələn avtomobil qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan KİA markalı avtomobil 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.