Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.
Bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.
O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:
“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.
09:43
“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.
Bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər.
“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.
09:08
Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.
APA xəbər verir ki, hadisə Yasamal rayon ərazisində yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb.
Mağazalar şəbəkəsinin “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.
Faktla bağlı araşdırma aparılır.
www.leqal.az