YAP-ın Salyan təşkilatının sədr müavini qəzada öldü

YAP-ın Salyan təşkilatının sədr müavini qəzada öldü
  • Hadisə

  • Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

    LEQAL.AZ  Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

    Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.

    Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.



    PAYLAŞ:

    Oxşar xəbərlər