Xəbər verdiyimiz kimi, “Eurohome” ticarət mərkəzində mağazalardan birinin sahibi qətlə yetirilib.
Qafqazinfo qətlə yetirilən Şəmşiddin Quliyevin fotolarını əldə edib.
Qeyd edək ki, Ş.Quliyevi qətlə yetirən şəxslər onun bacısının qaynının uşaqlarıdır.
Xatırladaq ki, dünən ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyev iş yerində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutulub, istintaq davam edir.
www.leqal.az