Sumqayıtda üç azyaşlı fiziki zorakılığa məruz qalıb.
Leqal.Az xəbər veri ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, uşaqlar anasının sevgilisi tərəfindən döyülüb: “Ana sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini örtbasdır etmək üçün nələrə əl atmaz ki... 1 ildir ki, uşaqlar təhsildən yayınıblar”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb: “Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək”.