Bakıda ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var

Bakıda ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var
  • Hadisə

  • Bakıda ağır yol qəzası olub.

    Leqal.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində BMW və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər - BMW-nin sürücüsü Sahil Xəlilov yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.

    Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər