Ata ehtiyatsızlıqdan 14 yaşlı oğlunun ölümünə səbəb oldu

Ata ehtiyatsızlıqdan 14 yaşlı oğlunun ölümünə səbəb oldu
  • Hadisə

  • Türkiyənin Aydın vilayətində dəhşətli hadisə baş verib. 

     "Haber Global"a istinadən xəbər verir ki, ötən gün 14 yaşlı Eren Yıldız atası və babası ilə birlikdə balıq ovuna gedib. Atası balıqları ovlamaq üçün suya elektrik cərəyanı verib. 

    Yeniyetmə oğlan bundan xəbərsiz olduğu üçün suya girib. Oğlunun suda çətinlik çəkdiyini görən ata elektrik cərəyanını kəsərək Ereni sudan çıxarıb.

    14 yaşlı E.Yıldız dərhal xəstəxanaya yerləşdirilib. 

    Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalara başlanılıb.baku.ws
    PAYLAŞ:

    Oxşar xəbərlər