Mənzildə 37 yaşlı kişinin meyiti tapıldı

Mənzildə 37 yaşlı kişinin meyiti tapıldı
  • Hadisə

  • Gəncədə 37 yaşlı kişinin meyiti tapılıb.

    Leqal.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər