Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı
  • Hadisə

  • Bakıda mənzildə kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, qeyd olunan ünvanda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər