Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır.
Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində, Bahar şadlıq sarayının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı şam ağacının kəsildiyi müəyyən edilib:
"Hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma aparılır".
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.
14:00
Bakıda ağacları kəsdilər.
Bu barədə Oxu.Az-ın redaksiyasına oxucular tərəfindən məlumat verilib.
Belə ki, paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində, Bahar şadlıq sarayının yanında ağacları kəsirlər. Ağaclar kim tərəfindən və hansı məqsədlə kəsilir bu barədə hələlik dəqiq məlumat yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təstiq edib, məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
www.leqal.az