Bakıda gənc oğlan bıçaqlanıb.
Leqal.Az-ın məlumatına görə, Nizami rayonunda mübahisə zəminində 2006-cı il təvəllüdlü İdrisov Şamil Novruz oğlu bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.
Ş. İdrisovun dediyinə görə onu tanımadığı şəxs bıçaqlayıb. Hadisənin təfərrüatı araşdırılır./report