Nigeriyada qanunsuz fəaliyyət göstərən neft emalı zavodunda aprelin 23-də baş verən partlayışda 110 nəfər həlak olub.
"Leqal.az" “Figaro”ya istinadla xəbər verir ki, partlayış baş verən gün 80 nəfərin cəsədi tapılmışdı. Yerli polis bildirib ki, ölü sayının artması istisna deyil. Ətraf ərazilərdəki və avtomobillərdə qalan meyitləri tam toplamaq mümkün olmayıb.
Qeyd edək ki, Nigeriyada hər sutkada orta hesabla 200 000 barel xam neft oğurlanaraq qeyri-leqal zavodlarda emal olunaraq qara bazara çıxarılır. Bu müəssisələrdə vaxtaşırı insan ölümü ilə nəticələnən qəzalar baş verir. 1998-ci ildə neft kəmərində baş verən qəza mindən çox insanın həyatına son qoymuşdu./unikal