Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
"Leqal.az"ın report-a istinadən əldə etdiyi məlumata görə, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb.
Həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, əsas fotoda olan şəxs qətlə yetirilən Mingəçevir Dövlət Universitetinin tələbəsi M.Alıyevdir.