Sumqayıtda qadın anasını bıçaqlayıb.
"Leqal.az" xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.
Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb./Apa/