Bakıda betona çırpılan avtomobildə sürücü öldü

Bakıda betona çırpılan avtomobildə sürücü öldü
  • Hadisə

  • Bakıda ağır yol qəzası baş verib.

    "Leqal.az" Apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan var.

    Ziya Bünyadov prospektində Şahin İsayev idarə etdiyi “Toyota” markalı avtomobildə sükana nəzarəti itirib.

    Qəza nəticəsində sürücü Ş.İsayev hadisə yerində ölüb.

    Sərnişin 1992-ci il təvəllüdlü Bayramov Mahir Əliqulu oğlu isə ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

    Onun vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər