Narkotik dövriyyəsinə görə saxlanılan şəxs saxlama kamerasında intihar edib.
Bu barədə "Leqal.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, aprelin 9-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1967-ci il təvəllüdlü İlham Əsgərov şübhəli şəxs qismində tutulub. Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasına gətirilən İ.Əsgərov orada intihar edib.
Faktla bağlı araşdırma aparılır.