Ukraynada Pizza Şəbəkəsi sahibi azərbaycanlı Mariupol uğrunda qəhrəmancasına həlak oldu

Ukraynada Pizza Şəbəkəsi sahibi azərbaycanlı Mariupol uğrunda qəhrəmancasına həlak oldu
  • Hadisə / Maraqlı

  • Ukraynada məşhur "Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi, Azərbaycan əsilli Ukrayna vətəndaşı Rafael Ağayev Ukraynada Mariupol uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

    Bu barədə sosial media hesabından siyasi analitik, Azerforum.com saytının baş redaktoru Turab Rzayev məumat verib. Qəhrəman döyüşçü Dəniz Korpusu bölməsinin tərkibində uzun müddətdir mühasirədə olan şəhəri müdafiə edirdi.

    Qeyd edək ki, 1 martdan etibarən ağır blokada altında olan, ağır artilleriya zərbələrinə, çoxsaylı texnika və əsgər hücumuna, ətraf dünya ilə əlaqəsinin kəsilməsinə, qida, yanacaq və silah ehtiyatlarının tükənməsinə baxmayaraq Mariupol şəhəri əfsanəvi müdafiə nümayiş etdirir. Şəhəri müdafiə edən AZOV batalyonu tarixə keçəcək qəhrəmanlıq nümunələri ilə Mariupolu müdafiə edir. İgid azərbaycanlı döyüşçünün də xatirəsi yaddaşlarda  əbədi yaşayacaq! Ruhu şad olsun!
    PAYLAŞ:

    Oxşar xəbərlər