Şəmkirdə qətl hadisəsi baş verib.
"Leqal.az" xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birin qarşısında qeydə alınıb.
1989-cu il təvəllüdlü rayon sakini Samir Abdulayev bıçaqlanaraq qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, S.Abdullayevi Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Zakir Bağırov bıçaqla qətlə yetirib.
Hadisəni törədən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Faktla bağı araşdırma aparılır./apa