Donetskdə vağzal vuruldu - 50 ölü, 100-dən çox yaralı

Donetskdə vağzal vuruldu - 50 ölü, 100-dən çox yaralı
  • Hadisə / Maraqlı

  • Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub.

    “Leqal.az” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsa”) rəhbəri Aleksandr Kamışin açıqlayıb.

    Hadisə nəticəsində 30 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb.

    Bildirilir ki, vağzala 2 raket zərbəsi endirilib.

    ***

    Rusiya Müdafiə Nazirliyi bu ölkənin hərbçilərinin vağzala raket zərbəsi endirməsi barədə məlumatları təkzib edib. 

    ***

    Dəmiryolu vağzalına raket zərbələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Onlardan 5-i uşaqdır. Ukrayna mediası vağzalın "Toçka-U" raketi ilə vurulduğunu yazır. 


    qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər