Qəbələdə meşə ərazisində yanğın başlayıb

Qəbələdə meşə ərazisində yanğın başlayıb
  • Hadisə / Maraqlı

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

    İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

    Əlavə məlumat veriləcək.

    19:32

    Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib. 

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. 

    O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər