Tanınmış blogger Aysel Şükürova bu gün partlayış baş verən "Location Baku" gecə klubunda olub.
"Leqal.az" Azxeber.com-a istinadən xəbər verir ki, bloggerin keçmiş həyat yoldaşı Oqtay Əhmədov onun səhhəti haqda məlumat paylaşıb.
O bildirib ki, hazırda Ayselin yanındadır və bloggerin səhhəti normaldır: "Şükür, hər şey yaxşıdır. Narahat olmayın".
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə, bu gün baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.