TƏBİB Bakıda partlayışda yaralananların sağlıq durumunu AÇIQLAYIB

TƏBİB Bakıda partlayışda yaralananların sağlıq durumunu AÇIQLAYIB
  • Hadisə

  • 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

    TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

    Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər