Naxçıvanda məktəb faciəsində ölənlərin - FOTOLARI

Naxçıvanda məktəb faciəsində ölənlərin - FOTOLARI
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.

    "Leqal.az" qafqazinfo-ya istinadən hadisədə ölən şəxslərin fotolarını təqdim edir.

    Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü  Asəf İsmayıl oğlu Rüstəmovdur.

    Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

    Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.

    Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.




    PAYLAŞ:

    Oxşar xəbərlər