Gəncədə qadın özünü xəstəxananın 3-cü mərtəbəsindən atıb.
"Leqal.az" publika.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib.
Xəstəxananın terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü Gülşən Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb.
21 yaşlı gənc qızı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağırdır.
G. Mahmudovanın aprelin 15-də toyu olacaqdı.
Faktla bağlı araşdırma aparılır.