Ukraynada azərbaycanlı zabitlə ailəsi itkin düşüb

Ukraynada azərbaycanlı zabitlə ailəsi itkin düşüb
  • Hadisə / Maraqlı

  • Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.

    “Leqal.az” xəbər verir ki, bunu report-a R.Musayevin qohumu Sabina Abdullayeva deyib.

    Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlayıblar.

    “Ruslan və ailəsi ilə sonuncu dəfə martın 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur.

    Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb”.

    S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir:

    “Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda, Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martın 24-dən onunla əlaqə saxlaya bilirik. Təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”.



    PAYLAŞ:

    Oxşar xəbərlər