Ağcabədidə traktor avtomobil ilə toqquşub, iki nəfər ölüb

Ağcabədidə traktor avtomobil ilə toqquşub, iki nəfər ölüb
  • Hadisə

  • Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

    "Leqal.az" xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan Cəfər Allahverdiyevin idarə etdiyi “04 T 954” dövlət nömrə nişanlı traktor qarşıdan gələn “BMW” markalı “35 BX 876” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

    Nəticədə “BMW”-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.


    Apa
    PAYLAŞ:

    Oxşar xəbərlər