Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.
Bu barədə "Leqal.az"a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:
“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.