Füzulidə ata qızını qətlə yetirdi

Füzulidə ata qızını qətlə yetirdi
  • Hadisə / Maraqlı

  • Füzulidə ata qızını qətlə yetirib.

    Rayon Prokurorluğundan "Leqal.az"a bildirilib ki, martın 6-da 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

    Araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin R.Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanıb. Ağarəhim Niftəliyev tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər