Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.
Onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir.
O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil:
“Ukrayna hərbçilərinə müraciət etməliyəm, siz xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.