Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfərində xidmətdə olan mühafizə idarəsinin xüsusi əməliyyatlar şöbəsinin rəisi Hayrettin Eren infarkt keçirib.
“Haber Global”ın məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, H.Erenin həyatını xilas etmək mümkün olmayıb və o, şəhid olub.
H.Erenin cənazəsi Seneqala səfərini başa vuran Türkiyə Prezidentinin təyyarəsi ilə ölkəsinə gətirilib.