Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Buna baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Hər iki şəxs barəsində araşdırma aparılır.
LEQAL.AZ