Şirvanda qadın əri tərəfindən güllələnib.
"Leqal.az" Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1983-cü il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.