Braziliyada daşqın nəticəsində ölənlərin sayı artıb

Braziliyada daşqın nəticəsində ölənlərin sayı artıb
  • Hadisə / Dünya

  • Braziliyanın Rio de Janeyro əyalətinin Petropolis şəhərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 34-ə yüksəlib.

    Rio-de-Janeyro qubernatoru Klaudio Kastro sosial media hesabında ərazidə xilasetmə işlərinin davam etdiyini yazıb.

    Hazırda Rusiyada rəsmi səfərdə olan Braziliya prezidenti Jair Bolsonaru təbii fəlakətdən ziyan çəkmiş şəhərə yardım göstərmək üçün regional inkişaf naziri Rogerio Marinho və iqtisadiyyat naziri Paulo Quedeş ilə danışdığını bildirib.

    Mənbə: “Haber Global”

    09:16

    Braziliyanın Petropolis şəhərinə yağan güclü yağış qısa müddət sonra daşqınlara səbəb olub və nəticədə altı nəfər həyatını itirib.

    Bu barədə öz “Twitter” səhifəsində Braziliyanın regional inkişaf naziri Rojeriu Marinyu məlumat verib.

    Regional inkişaf naziri qeyd edib ki, daşqınlar nəticəsində şəhər ərazisində 52 yerdə sürüşmə qeydə alınıb. //oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər