Bakıda itkin düşən kişinin asılmış meyiti tapıldı

Bakıda itkin düşən kişinin asılmış meyiti tapıldı
  • Hadisə

  • Bakıda itkin düşən şəxsin meyiti tapılıb.

    "Leqal.az"ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu Abbas Səhhət küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən binanın damında asılmış kişi meyiti aşkar edilib.

    Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin yanvarın 31-dən itkin düşmüş kimi qeydiyyatda olan R.M. (ad şərtidir) olması müəyyən edilib.

    Onun intihar etdiyi ehtimal olunur.

    İntiharın səbəbləri dəqiq məlum deyil.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. /Lent.az/
    PAYLAŞ:

    Oxşar xəbərlər